"Fonda qarşı məhkəmə işləri 93% azalıb"
“Ötən müddət ərzində DSMF-nin əleyhinə çıxarılmış məhkəmə qərarları ilə bağlı aktiv iş aparılıb”.
Bunu parlamentin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, 2017 və 2018-ci illərdə fondun əleyhinə 10 200 məhkəmə qərarı çıxarılıb. İndi isə bu rəqəm 1 200-ə enib: “Eyni zamanda fonda qarşı qaldırılan iddialar üzrə uduzulan məbləğ isə 50,7 milyon manatdan 3,6 milyon manata düşüb. İllik təqribən 93 faizlik azalma var. Məhkəmə qərarları əsasında fondun itkiləri ciddi şəkildə azaldılıb”.