BİZNES

Bazarın ən böyük mobil prosessor istehsalçısı adından məhrum oldu

  Counterpoint analitik şirkəti 2020-ci ildə mobil prosessorların satış həcmlərinə həsr edilmiş yeni hesabatı təqdim edib. Bu ilin üçüncü rüb üzrə nəticələri gözlənilməz olub. Belə ki, bu reytinqin birinci pilləsində uzun illərdir liderliyini qoruyan Qualcomm şirkəti öz rəqiblərindən biri tərəfindən ikinci pilləyə endirilib.

Bu barədə 4pda saytı xəbər verib. Counterpoint-in məlumatlarına əsasən bu ilin sentyabr ayının sonuna olan statistika üzrə bütün dünyada ümumilikdə 100 milyondan çox smartfon satılıb və onların çox hissəsi (31%) MediaTek prosessorları ilə təchiz olunub. Satılmış smartfonların 29%-i isə Qualcomm prosessorları ilə təchiz olunub. Maraqlısı ondadır ki, 1 il bundan öncə eyni dövr üzrə statistikaya əsasən Qualcomm-un payına 31%, MediaTek-in payına isə 26% düşmüşdü.

 

    HiSiliconApple və Samsung şirkətlərinin hər biri isə bu ilki hesabat dövrünü 12%-lik nəticə ilə yekunlaşdırıblar. Analitiklərin hesabatlarına əsasən MediaTek şirkətinin bu cür yüksək nəticə əldə etməsinin əsas səbəblərindən biri də Çində və Hndistanda 100$-250$ qiymət göstəricisinə sahib smartfonların yüksək satışları olub. Həmin smartfonların əksəriyyəti MediaTek prosessorlarına sahibdir. Bundan əlavə olaraq Xiaomi şirkətinin smartfon seriyaları arasında MediaTek prosessoruna sahib modellərin sayı da artıb. Bununla yanaşı analitiklər bir vacib faktı da qeyd ediblər. Belə ki, büdcəli 5G smartfonlar məhz MediaTek prosessorları ilə satışa çıxırlar. Buna baxmayaraq bu ilin üçüncü rübündə satılmış smartfonların yanız 17%-i 5G dəstəyinə sahibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)