Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
“Dərman qıtlığını süni yaradırlar” - Səhiyyə komitəsinin sədri | ENA.az
Sağlamlıq

“Dərman qıtlığını süni yaradırlar” - Səhiyyə komitəsinin sədri

“Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var. Xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır”.

Bunu səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə deyib. 

O qeyd edib ki, antiviral dərmanların çatışmazlığı süni olaraq yaradılıb: “Bundan vəsait qazananlar var. Bu məsələylə bağlı ciddi tədbir görülməlidir. Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)