Şəmkirdəki nasos stansiyanın təmirinə 45 milyondan çox pul xərclənəcək
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Şəmkir Maşın Kanalları nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üçün müqavilə imzalayıb.
Www.tender.gov.az saytının verdiyi məlumata görə, müvafiq işlərin görülməsi üçün "Korpu-BinaTikinti" MMC ilə müqavilə imzalanıb.
Müqavilə məbləği nə az, nə çox 45 milyon 142 min 513,69 manatdır.