Manat avro və rubla nisbətən ucuzlaşdı: rəsmi məzənnələr
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,14% artaraq 2,0746 manat, Rusiya rublunun məzənnəsi isə 0,89% bahalaşaraq 0,0226 manat təşkil edib. Türk lirəsi isə dəyişməyərək 0.2222 manat olub.