Sosial iqtisadiyyat

Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir

“Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir”. 

BI” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir bildirib ki, bu gün ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizə yaxındır:

“Lakin bizdə bərpaolunan enerji mənbələrinin potensialı daha yüksəkdir. Təxminən 25 geqavat həcmindədir və  yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsi planlaşdırılır. Hazırda bərpaolunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması və enerji səmərəliliyi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Bərpaolunan enerji mənbələri sənayesinin inkişafına təkan vermək, bazarını yaratmaq, rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq ekspertlərin dəstəyi ilə “Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu yaşıl enerjinin kənd təsərrüfatı sektorunda da geniş istifadəsinə şərait yaradacaq.

Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası və şəbəkənin gücləndirilməsi layihəsinə başlanılıb.

Bərpaolunan enerji sahəsində özəl sektorun iştirakı üçün əlverişli  investisiya mühitinin yaradılması istiqamətində addımlar atılır. Bu sahədə ixtisaslaşmış bir sıra şirkətlərlə məsləhətləşmələr aparılır, işçi qrupları yaradılıb.

Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)