Vakansiyalar

Crocus Construction işçi axtarır - VAKANSİYA

Vəzifə: İlməkçi-Takelajçı

Əsas vəzifə və öhdəliklər:

1.Dinamik və statik yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək;
2.Kran maşinistinə siqnal, işarələrin verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
3.Yükün kütləsi və ölçülərinə əsasən lazımi yük tutucu vasitələrin seçilməsi qaydasını bilmək;
4.Yük tutucu vasitələrin yararlı olub-olmamasının müəyyənləşdirmək;
5.Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq;
6.Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
7.Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək;
8.Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini bilmək;
9.Yük tutucu vasitələrin iş prinsipini bilmək;
10.Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
11.Yük tutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək;
12.Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏMM qaydalarına ciddi riayət etmək;
13.İlk yardım qaydalarını bilmək;
14.İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək;
15.Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək;

Tələb olunanlar:

- Təhsil dərəcəsi: Orta (Müvafiq sahə üzrə "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış, hər il təkrar bilik yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir)
- Təcrübə: Sahə üzrə ən az 3 il

İş barədə məlumat:

“Crocus Construction” MMC, Nardaran qəsəbəsi.
Ə/h 728 AZN. Qrafik 6/1, 09:00-18:00
Koroğlu metrosundan nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department