Onlayn təhsilin idxal göstəricisi: 566 min kompüter
Azərbaycana idxalda mühüm yer tutan və ölkədən çıxarılan valyutada mühüm paya malik kondinsioner və paltaryuyan maşınların həcmində azalma baş verir. Bu məişət texnikaları həm də əhalinin sosial vəziyyətinin göstıricilərindən biridir.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33% azalaraq 136 100 ədədə enib.
Hesabat dövründə respublikaya idxal olunan kondisionerlərin ümumi dəyəri isə 33 milyon 624.9 min dollar olub və dəyər baxımından azalma 30.1% təşkil edir.
Təhsil sisteminin onlayna keçməsi ilə əlaqədar olaraq bu dövrdə Azərbaycan da 106 milyon 61,4 min dollar dəyərində 566 min ədəd kompüter, blok və qurğu gətirilib. Dəyər baxımından artım 57,7% təşkil edir.
Bundan əlavə, hesabat dövründə Azərbaycana paltaryuyan maşınların idxalı 3.7% azalaraq 143.2 min ədəd olub, ümumi dəyəri 28 milyon 364.4 min dollar təşkil edib.