Qarabağ

Moskva və Yerevan Zəngəzurla bağlı razılığa gəldi

Ermənistan müdafiə naziri Vaqarşak Arutunyan Rusiya Müdafiə Nazirliyi ilə danışıqlar aparıb.

ENA.az Nazirliyi istinadən xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin Zəngəzurdan keçən hissəsində rusiyalı sülhməramlılar da yerləşdiriləcək.

“Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası müzakirə olunub. Sərhəd qoşunlarının və sülhməramlı qüvvələrin yeni ərazilərdə yerləşməsi, hərbi hissələrin tikintisi və s. müzakirə olunub”.

Nazirlik sərhəd xəttinin bəzi mübahisəli yerləri ilə bağlı danışıqların davam etdirildiyini də əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)