Aqrar

Azərbaycan buğda idxalını azaldıb, kərə yağı alışını isə artırıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana gətirilən buğdanın, şəkər xammalının, quş ətinin gətirilməsində azalma qeydə alınıb. Bu dövr ərzində ölkə ərazisinə gətirilən məhsullar arasında yağ və iri buynuzlu heyvan ətinin çəkisi artıb.  

Belə ki, 1 milyon 141,6 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 9,8% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizin aldığı buğdanın ümumi dəyəri 243 milyon 444,8 min dollar təşkil edir ki, 17,5% azalma deməkdir. 

Hesabat dövründə Azərbaycana 91 milyon 385,5 min dollar dəyərində (azalma 23,5%) 266,9 min ton şəkər xammalı və şəkər (azalma 18,1%), $101 milyon 704,2 min dəyərində (artım 27,5%) 113 min ton bitki yağı (artım 8,8%), $46 milyon 256,6 min dəyərində (artım 9,4%) 11,381 min ton çay (artım 2,1%), $67 milyon 486,6 min dəyərində (artım 18,6%) 13,707 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 22,9%) idxal edilib.

Yanvar-oktyabr aylarında respublikaya $31 milyon 120,3 min dəyərində (artım 40,9%) 8,228 min ton iribuynuzlu heyvan əti (artım 17,6%), $28 milyon 536,4 min dəyərində (azalma 21,2%) 24,416 min ton quş əti və quş əti məhsulları (azalma 20,5%) idxal edilib.

Hesabat dövründə Azərbaycana $91 milyon 272,2 min dəyərində (artım 1,8%) 100 min ton meyvə (artım 13,2%), $13 milyon 129,6 min dəyərində (artım 47,8%) 23,207 min ton tərəvəz (artım 37,5%), $37 milyon 208,4 min dəyərində (azalma 8,1%) 135,7 min ton kartof (azalma 9,8%) idxal edilib.

10 ay ərzində ölkədən $187 milyon 545 min dəyərində (artım 12,4%) 187,6 min ton tərəvəz (artım 4,1%), $242 milyon 409,7 min dəyərində (azalma 6,4%) 189 min ton meyvə (azalma 13%) ixrac edilib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $16 milyon 815,5 min dəyərində (azalma 30,4%) 38,893 min ton şəkər (azalma 30%), $9 milyon 295,5 min dəyərində (artım 49,5%) 10,731 min ton bitki yağı (artım 51,1%) ixrac edilib.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan $12 milyon 980,5 min dəyərində (аrtım 48,3%) 9,428 min ton meyvə və tərəvəz şirələri (artım 20,7%), $3 milyon 23,4 min dəyərində (azalma 50,3%) 182,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 59%), $6 milyon 620,8 min dəyərində (azalma 6,1%) 5,52 min ton meyvə və tərəvəz konservləri (azalma 0,2%), $9 milyon 877,9 min dəyərində (azalma 10,2%) 3,94 min ton tütün (azalma 26,1%) ixrac edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)