Sosial iqtisadiyyat

Azərbaycan əhalisi nə qədərdir?: Doğulanların 53,3 faizi oğlandır

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54 701 nəfər və ya 0,7 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10 121 809 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106 569 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.

Eyni zamanda, bu ilin 10 ayında ölkə üzrə 52 769 ölüm halı qeydə alınıb. Məlumata əsasən, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)