Sənaye

Arçelik, yapon sənayesinin divini aldı: Müqavilənin dəyəri bəllidir

Arçelik, Hitachi Global Life Solutions, Inc. ilə hissə alqı-satqı müqaviləsini imzalandığını açıqladı. Səhmlərin 60 faizi üçün ödəniş 300 milyon dollar təşkil edib.
Səhm üzrə köçürmələr 1 aprel, 2021-ci il tarixində başa çatacaq.

Şirkət tərəfindən bəyanatda göstərilir:

İnkişaf etməkdə olan bazarlardakı böyümə strategiyamıza uyğun olaraq Arçelik A.Ş. və Hitachi Global Life Solutions, Inc. yapon bazarının xaricindəki qlobal məişət texnikası bazarında ortaqlıq qurmağa qərar verdi. Sözügedən razılaşmadan sonra tərəflər arasında Birgə Müəssisə Müqaviləsi, Marka Lisenziyası Müqaviləsi və digər əlaqəli müqavilələr imzalanacaqdır.

Bu çərçivədə, Hitachi GLS Hollandiyada yeni bir şirkət quracaq və bu şirkətlərin nəzdində olan 12 şirkəti və məişət texnikası iş xəttini yeni qurulan şirkətə təhvil verəcək; Arçelik A.Ş. bu şirkətin ("Şirkət") səhmlərinin 60% -ni alacaq. Müqavilə, Hitachi GLS'nin Tayland və Çində istehsal müəssisələri olan iki iştirakını və bölgədəki 10 satış şirkətini (Tayland, Çin, Hong Kong, Tayvan, Sinqapur, Malayziya, İndoneziya, Orta Şərq, Vyetnam və Myanmar) əhatə edir. Sözügedən şirkətlər əsasən soyuducu, paltaryuyan maşın, tozsoran, düyü ocağı, su nasosu və kondisioner satırlar. Tayland və Çində istehsal şirkətlərinin soyuducu və paltaryuyan maşınlarının illik istehsal gücü ümumilikdə 3 milyon təşkil edir".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)