Bank

Banklara tövsiyyə: "Səhmdarlara dividend verməyin"

Avropa Mərkəzi Bankı verdiyi açıqlamada, COVİD-19 epidemiyasının iqtisadi təsiri ilə bağlı davam edən qeyri-müəyyənliyi nəzərə alaraq, banklara dividend siyasəti ilə bağlı tövsiyələr verdi.

Tövsiyyələrdə banklara səhmdarlarına dividend verməmələri, bu ödəmələri məhdudlaşdırmaları və 30 sentyabr 2021-ci il tarixinədək səhmləri geri almamaları tövsiyə edildi.

Avropa Mərkəzi Bankı yalnız bankların kifayət qədər kapitala sahib olduqları təqdirdə 2019-2020 dövrü üzrə yığdıqları qazancın bir hissəsindən səhmdarlarına divident ödəyə biləcəklərini bildirdi.

"Biz, dividendlərin və səhmlərin geri alınmasının 2019-2020-ci illərdə yığılmış mənfəətin yüzdə 15-in altında qalacağını, əsas kapitalın adekvatlıq nisbətindən 20 əsas bənd yüksək olmamasını gözləyirik". 

Avropa Mərkəzi Bankı, dividend ödəməyi və ya səhmlərini geri almağı planlaşdıran bankların gəlirli və sağlam kapital quruluşuna sahib olmalarını önə çəkdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)