“Dəmir İpək Yolu" üzərindəki ölkələrin zirvə görüşü keçiriləcək
![](https://ena.az/uploads/news/2020-12/_ena_bdb8f70df325daf3ae5c3f21b_o.jpg)
“Dəmir İpək Yolu" üzərində yerləşən ölkələrlə ticarət dövriyyəsini artırmaq üçün Türkiyənin logistika mərkəzi olmasına imkan verən mövqeyindən istifadə edəcəyik. Bunun hesabına Çinə illik ixacımızın dəyərini 2 dəfə artıraraq 6 milyard ABŞ dollarına çatdıra bilərik".
Bunu Türkiyə-Çin İş Tanıtma Dərnəyinin İdarə Heyəti sədri İhsan Bəşir deyib.
Onun sözlərinə görə, Çindən başlayıb, Türkiyədən keçərək Avropaya uzanan "Dəmir İpək Yolu" üzərindəki qabaqcıl sektorlar və yeni bazarlar 2021-ci ilin yaz aylarında keçiriləcək zirvə görüşündə müzakirə ediləcək. “Zirvəyə "Dəmir İpək Yolu" maşurutu üzərindəki ölkələrdən iş adamları da dəvət ediləcək”.