Birja

Azərbaycanda “Qarabağ” istiqrazları dövriyyəyə buraxılacaq

“Azərbaycanda əhalidən pulun yığılması, dövriyyəyə cəlb edilməsi ilə bağlı müxtəlif mexanizmlər var”. Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib ki, hökumətdə yeni bir mexanizmin hazırlığı da gedir: “Bu, Qarabağda istiqrazların dövriyyəyə buraxılması ilə bağlı olacaq. İnanıram ki, bu öz effektini ən qısa zamanda verəcək”.

"Yaxın vaxtlarda bunun şahidi olacağıq", - deyə o, qeyd edib.

Adından göründüyü kimi, bu istiqrazların satışından əldə edilən vəsait işğaldan azad olunmuş torpaqların qurulmasına xərclənə bilər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)