Sənaye

Azərbaycan iqtisadiyyatı 4,3% azaldı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ÜDM-də azalma 4,3% təşkil edib.

2020-ci ilin 10 ayının sonunda ÜDM-də azalma 3,8% olmuşdu.

Statistikaya görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ÜDM-nin nominal həcmi 64 milyard 709,3 milyon manat təşkil edib.

Hesabat dövründə qeyri-neft sektorunda azalma 2,9%, neft və qaz sektorunda 6,5% təşkil etmişdir.

Dövlət Statistika Komitəsi ÜDM-in azalmasını COVID-19 koronavirus pandemiyası səbəbindən Azərbaycanda qüvvədə olan məhdudiyyətlərlə əlaqələndirib.

Statistikaya görə, hesabat dövründə ÜDM-in 34 faizi sənayedə, 11,3 faizi ticarətdə, 7,2 faizi kənd təsərrüfatında, 7,4 faizi nəqliyyatda, 6,3 faizi tikintidə, 2 faizi informasiya və rabitə, qalan hissəsi digər sektorlarda formalaşıb.

Vergilərin ÜDM-dəki payı 9,9% olub.

11 ayda adambaşına ÜDM 6 485,7 manat təşkil etmişdir.

Qeyd edək ki, COVID-19 səbəbiylə 31 yanvar 2021-ci il tarixinədək Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın ÜDM artımı 2,2% olmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)