Aqrar

Peskov: Azərbaycandan meyvə-tərəvəz ixracına qadağa ilə bağlı qərarın Kreml ilə razılaşdırılması tələb olunmur

"Rosspotrebnazdoz Ermənistan və Azərbaycanın bir sıra rayonlarından meyvə-tərəvəz ixracına qadağa ilə bağlı qərarı Kreml ilə razılaşdırılmayıb, bunu etməyə məcbur deyil". Belə bir açıqlama ilə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

ENa.az xəbər verir ki, “Rosspotrebnazdoz bunu Kreml ilə razılaşdırmamalıdır. Bütün bunlar Nazirlər Kabineti ilə əlaqədə həyata keçirilir və həmin qərarların qəbul edilməsi ilə bağlı dəqiq meyarlar var”, - deyə Peskov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın və Ermənistanın bir sıra rayonlarından tərəvəz tədarükünün məhdudlaşdırılması ilə bağlı qərar “virus ilə əlaəqdar olub”.

“Əlbəttə ki, pandemiya şəraitində buna xüsusi diqqət ayrılır”, - deyə Kremlin nümayəndəsi söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)