Nazir: Ərzaq 50 faiz ucuzlaşacaq
"Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək".
"BI" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən beynəlxalq forumda deyib.
Nazirin sözlərinə görə, bununla məhsudarlığın artırılmasına nail olmaq mümkün olacaq ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına səbəb olacaq.