Vakansiyalar

Qartal Construction Company işçilər axtarır - MAAŞ 1000-1500 MANAT

Vəzifə: Layihə Meneceri - İnşaatçı Mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
İş yeri: İşlər əsasən Sumqayıt şəhərində yerləşən baş ofisdə olmaqla birlikdə, layihələrdən asılı olaraq işçi Azərbaycan, Gürcüstan və Türkiyə ərazisinə ezam oluna bilər.
Əmək haqqı: 1000-1500 AZN

Namizədə dair tələblər:

1. Minimum 5 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
2. İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
3. Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
4. İngilis diliini mükəmməl bilməli;
5. Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
6. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
7. B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İşçinin yerinə yetirəcəyi işlər aşağıdakılardır:

1. BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
2. Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
3. İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
4. Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
5. Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İşçi üçün yaradılan şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
3. Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
4. İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində Layihə Meneceri - İnşaatçı Mühəndis yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)

***

Vəzifə: Anbar mühasibi
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: 600 AZN
İş yeri: Sumqayıt şəhəri

Tələblər:

1. Uyğun sahədə ali təhsili olmalı;
2. Sumqayıt şəhərində yaşayan xanım namizəd olmalı;
3. Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
4. Mühasibat sahəsi üçün qanunvericilik aktlarından anlayışlı olmalı;
5. Kompyuter biliyi (1C7.7, Excel, Word, Outlook və s.);
6. İşində dəqiq, məsuliyyətli, işgüzar olmaq;
7. Yaş həddi: 22-35.

İş haqqında məlumat:

1. Anbar mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
2. 1C 7.7 versiyada anbara mədaxil və məxariclərin işlənməsi;
3. Anbar qalığını hazırlayıb, təqdim etmək;
4. Yanacaq hesabatını hazırlamaq, nəqliyyat vasitələri üzrə silgisini aparmaq;
5. Avtomobil ehtiyat hissələrinin mədaxil və məxarici sənədlərini hazırlamaq və maşınlara silinmə aktını hazırlamaq;
6. Yeməkxana hesabatını hazırlamaq;
7. Direktorun verdiyi digər tapşırıqları icra etmək.

İşçi üçün yaradılan şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur;
3. İş günləri 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
4. İstirahət günü - Şənbə və Bazar günləri;
5. İş yeri Sumqayıt şəhərindədir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində Anbar mühasibi yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department