Azərbaycan holdinqinə məxsus aviaşirkət kapitalını geri çəkir
Azərbaycanda aviaşirkət nizamnamə kapitalını azaldır.
ENA.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının Qərarına Əsasən “Silk Vey East Aviaşirkəti” MMC Nizamnamə kapitalının azaldılmasını elan edir. Lakin kapitalın hansı məbləğdə azaldılması açıqlanmır.
Qeyd edək ki, “Silk Vey East Aviaşirkəti” MMC 2016-ci ildə yaradılıb. Bu MMC-nin nizamnamə kapitalı 50 000 manatdır və qanuni təmsilçisi Zaur Axundovdur. Aviaşirkət Azərbaycanın “Silk Way Group” holdinqinə məxsusdur.