Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI
Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə ENA.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.