Axtar

“Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ

Qarabağdakı separatçıların liderinin eks-köməkçisi Tiqran Abramyan Qarabağdakı son vəziyyət barədə paylaşım edib.

ENA.az xəbər verir ki, Abramyan azərbaycanlı hərbçilərin Xankəniyə asanlıqla daxil olduğunu söyləyib.

“Çoxsaylı şahidlərin dediklərinə görə, azərbaycanlı hərbçilər Xankəndiyə gələrək, supermarketlərdə alış-veriş edirlər. Bu zaman onları rusiyalı sülhməramlılar müşayiət edir”.

Abramyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib.

“Azərbaycanlılar bizim dükanlarımıza, bizim yanımızda rahatca alış-veriş edirlər. Nikol, sənin şərəf, ləyaqət haqqında anlayışın yoxdur. Amma bu, bir gün partlayışa səbəb olacaq. Sən olmayacaqsan, amma sənin yanlış qərarlarının nəticəsini səndən sonra çox hiss edəcəyik”-deyə Abramyan yazıb.   

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33