Neft bahalaşır
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,78 ABŞ dolları və ya 1,71% artaraq 46,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,96 dollar və ya 1,97% artaraq 49,67 dollar təşkil edib.