İqtisadiyyat

Heydər Əliyev prospektində yolun bir hissəsi təmirə bağlanır

Paytaxtın əsas nəqliyyat qovşaqlarından birində təmir işləri başlayır.

Dekabrın 8-dən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi təmirə bağlanır, xəbəri Dövlət Avtomobil Yolları Agentliyi yayıb.

İdarə sürücüləri bunu əvvəlcədən nəzərə alaraq bu istiqamətdə digər dönmə hissələrindən istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, təmir üçün bağlanan hissə Bakının paytaxtı şəhərətrafı qəsəbələr və beynəlxlaq aeroporta birləşdirən ən hərəkətli magistrallarından birində yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)