Azərbaycanın telefon bazarında “Apple”ın payı azalır, “Samsung”un payı artır
Bu ilin noyabr ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 44.93 % təşkil edib.
ENA.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, bu ilin oktyabr ayı ilə müqayisədə “Samsung”un bazar payı 6.26% artıb.
Cari ilin noyabr ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı 29.54 % təşkil edib ki, bu ilin oktyabr ayı ilə müqayisədəbu göstərici 1.09% çoxdur.
Üçüncü yerdə isə bazar payı 14.72 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki, bu şirkətin Azərbaycan üzrə bazar payı noyabr ayı ərzində 6.1% azalıb.