Azərbaycanın konsaltinq şirkəti səhm bazarına daxil oldu
Azərbaycan şirkəti QSC-yə çevrilib.
ENA.az xəbər verir ki, “İnnopro” MMC təşkilati-hüquqi forması dəyişərək “İnnopro QSC”-yə çevrildiyini elan edir.
Bildirək ki, bu şirkət layihələndirmə və konsaltinq sahəsində fəaliyyət göstərir.
“İnnopro” şirkəti 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Elman Nağızadədir.