FLY INN BAKU işçilər axtarır - MAAŞ 500-650 MANAT
Ofisiant
Əmək haqqı: 500-650 AZN (növbədən asılı olaraq)
Yaş həddi : 18-33
Dil bilikləri: İngilis və Rus dili bilikləri vacibdir.
İş təcrübəsi: 1-3 il iş təcrübəsi
İş vaxtı: 3 növbəli iş qrafiki
Uniforma; Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir.
1. VƏZİFƏ BORCLARI
Əsas vəzifə təlimatı və vəzifələr daxilində olan fəaliyyətlərin siyahısı
• Tapşırıq və prosesləri prioritetləşdirmək və ardıcıllığını müəyyən etmək
• Xidmət sistemini təmin etmək
• Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək
• Müştəriləri salamlamaq və müəssisənin proseduruna uyğun olaraq yeməkdən əvvəlki xidmətləri göstərmək
• Müəssisənin prosedurlarına uyğun olaraq müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
• Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
• İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
• Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
• Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin məmnunluğunu təmin etməklə müəssisənin siyasət və prosedurlarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək;
• Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
• Həmkarlar və müştərilər ilə əlaqələri idarə etmək;
• Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, barmenlər və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
• Xörəklərin düzgün şəkildə və vaxtında hazırlanmasını, təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq;
• Çarxlı stol arabalarını və avadanlıqları hazırlamaq və saxlamaq;
• Arabaları toplamaq və onları təmiz alətlər, dəstlər və süfrələr ilə birgə düzgün şəkildə təqdim etmək;
• Müəssisənin standartlarına və gigiyena tələblərinə uyğun olaraq avadanlığı təmizləmək və parlatmaq;
• Menyu və xidmət tələblərinə uyğun olaraq ərzağı, spirtli içkiləri və digər inqrediyentləri seçmək;
2. TƏLƏBLƏR:
2.1. Məhsul barədə biliklər (qida və içkilər);
2.2. Xidmət avadanlığı və dəstlər barədə anlayış;
2.3. Sifariş və xidmət prosedurları bilikləri;
2.4. Müxtəlif funksiyalar, xidmət üslubları və xidmət müddətləri üçün, o cümlədən restoranın qəbul və iaşə funksiyaları üçün masaları açmaq və bəzəmək bacarığı;
2.5. Standart restoran avadanlığı çeşidi və onlardan istifadə bacarığı;
2.6. Araba və avadanlıqların istifadə bacarığı.
E-mail: hr@flyinn.az
***
Nəzarətçi
Əmək haqqı: 550-600 AZN (Vergilər daxil olmaqla növbədən asılı)
Yaş həddi : 20-40
Dil bilikləri: İngilis və Rus dili
İş təcrübəsi: 1-3 il iş təcrübəsi
İş vaxtı: 2 növbəli iş qrafiki
Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir.
Öhdəliklər:
• Kamera müşahidəsi aparmaq;
• Parkinq yeri de daxil olmaqla, Qonaqların və Həmkarların ola biləcəyi bütün yərləri nəzarətdə saxlamaq;
• Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq;
• Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və situasiyalara qarşı diqqətli olmaq;
• Qonaqlarla düzgün münasibətlər saxlamaq;
• Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək;
• Gündəlik təlimatlandırmalarda iştirak etmək;
• İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək;
• Qeyri-adi situasiyalara qarşı diqqətli olmaq və onlara qarşı müvafiq təbdbirlər həyata keçirmə;
• Əmlakın, işçilərin və Mehmanxanasının rəhbərliyin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;
• Çalışdığı növbə ərzində və ya keçirdiyi baxış zamanı şahidi olduğu bütün hadisələr barədə etraflı hesabat hazırlamaq. Baş vermiş hadisələr/qəzalar/növbə sonu ilə bağlı bütün məlumatlar barədə hər növbə sonu bildirmək;
• Əlaqədar sənəd işləri ilə məşqul olmaq;
• Məxsusi bir tapşırıq və ya iş üçün təlimatlandırıldıqları zaman nəzarətçilər vəzifə təlimatına müvafiq hərəkət edəcəklər;
• Mühafizəçilər digər əməkdaşlar/yad insanlar/media ilə şöbədaxili məsələləri müzakirə etməməli / bəyan etməməlidirler ki, bu da sonda Fəaliyyətin Proqresiv Koreksiyası və ya həmin əməkdaşın işdən azada edilməsi ilə nəticələnə bilər;
• Nəzarətçilər düşüncə qabiliyyətinə malik olmalı və səmərəli qərarlar qəbul etməlidirlər. Başlıca məqsəd, yaranmış situasiyanı mümkün qədər tez və keyfiyyətli şəkildə həll etməkdən ibarətdir. Yaranmış situasiyalar zamanı nəzakətli olmaq, diplomatik və peşakarçasına davranmaq və “FLY INN” Baku Mehmanxanasının siyasət və təlimatlarına riayət etmək.
Qeyd: Namizədlər arasında üstünlük otelçilik sferasında təcrübəsi olanlara veriləcəkdir.
E-mail: hr@flyinn.az