Facebook-da bu tapıntı 60 min ABŞ dolları məbləğində qiymətləndirildi
Facebook Messenger tətbiqinin mobil versiyasında zəng olunan abunəçinin ətrafındakı səsləri dinləməyə imkan verən boşluq aradan qaldırılıb. Boşluğu aşkar edən ekspertin sözlərinə görə bu halda lazım olan Android-cihazına cəmi bir neçə saniyə ərzində gizli şəkildə qoşulmaq olur.
ENA.az Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, casusların yeni hiyləsi “Google Project Zero” İT-layihəsinin iştirakçısı Natali Silvanoviç tərəfindən aşkar olunub.
Facebook-da tapıntı 60 min ABŞ dolları məbləğində qiymətləndirilib. Silvanoviçin sözlərinə görə boşluğun yaranma səbəbi SDP protokolunun (Session Description Protocol, multimedia məlumatlarının ötürülməsi seanslarının təsvir protokolu) düzgün icra olunmamasıdır. Bu protokol brauzerdə konfrans keçirməyə imkan verən WebRTC (Web Real-Time Communication, real vaxtda ünsiyyət) texnologiyasının vacib hissəsidir.