"Sumqayıt Texnologiyalar Parkı" daha bir şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP-AH" MMC-ni dövlət qeydiyyatına alıb.
ENA.az xəbər verir ki, şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Rauf Surxay oğlu Atakişiyevdir (STP-nin direktoru).
Bununla da, STP-nin törəmə şirkətlərinin sayı 4-ə çatıb. Xatırladaq ki, bundan əvvəl sözügedən ünvanda “STP Aliminium”, “STP Global Cable” və "STP Metal Structures" MMC-lər qeydiyyata alınmışdı. Onlartın hər 3-nün nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq R.S.Atakişiyev, İdris Ağa oğlu Mustafayev və Fərid Fəxrəddin oğlu Ağayevdir.