Paşinyan sülhməramlıların Qarabağda qalacağı müddəti AÇIQLADI
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı geniş açıqlama verib.
ENA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, o, rusiyalı sülhməramlıların 5 illik müddətinin artırılacağını əlavə edib.
“5 illik müddətdə sülhməramlılar regionda təhlükəsizlik və stabillik təminatı yaratmalıdır. Qarabağ münaqişəsinin uzumüddətli olduğunu nəzərə alaraq rusiyalı sülhəmramlıların qalacağı müddət 5 illə kifasyətlənməyəcək”.
Nikol Paşinyan Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlar zamanı müəyyən olunacağını söyləyib.