“AzerGold” QSC-nin nizamnamə kapitalı artırılıb
Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Qərara əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.
İndiyə qədər “AzerGold” QSC-nin nizamnamə kapitalı nominal dəyəri 18 manat 50 qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq.