Çinin valyuta ehtiyatı 3.06 trilyon dollara çatıb
Çin Mərkəzi Bankının (PBOC) məlumatlarına görə, Çinin valyuta ehtiyatı Noyabr ayının sonunda 3 trilyon 6,17 milyard dollar olub.
"BI" xəbər verir ki, "Bloomberg"in sorğusuna qatılan 24 iqtisadçının proqnozu 3 trilyon 44 milyard dollar ilə 3 trilyon 100 milyard dollar arasında dəyişirdi.
Çinin valyuta ehtiyatı əvvəlki ayın sonunda 3 trilyon 53,1 milyard dollar idi.
Dünyanın ən böyük ikinci iqtisadiyyatının Oktyabr sonundakı BVF ehtiyat mövqeyi əvvəlki aya nisbətən azalaraq 8.83 trilyon dollardan 8.74 trilyon dollara düşüb.