“Aeroflot” Bakı ilə Moskva arasında uçuşlara başlayır
Koronavirus pandemiyası səbəbindən Azərbaycanda qalmış Rusiya vətəndaşları çarter reysləri ilə evlərinə qayıda biləcəklər.
ENA.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Aeroflot 26 noyabrdan etibarən Bakı-Moskva marşrutu ilə çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri həyata keçiriləcək”, – mesajda deyilir.
Bildirilir ki, uçuşlara yalnız təyinat ölkəsinə giriş hüququ olan, eləcə də testdən keçmiş və mənfi nəticə alan sərnişinlər buraxılacaq”, – şirkətdən bildirilir.