Vakansiyalar

Araz Supermarket işçi axtarır - VAKANSİYA

Araz Supermarketlər Şəbəkəsi Vergi uçotu bölmə müdiri vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Xidməti və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

- Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);
- Vergi uçotu sahəsində 4 ildən artıq iş təcrübəsi;
- Vergi məcəlləsini bilməli;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Vergi uçotu bölmə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını elcin.ekberov@veyseloglu.az və zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department