Lavrov: "Qarabağda atəşkəs məsələsində ABŞ və Fransa da iştirak edib"
“Dağlıq Qarabağda atəşkəs məsələsi ATƏT-in Minsk qrupu həmsədrləri kimi ABŞ və Fransanın da iştirakı ilə, mövqeləri nəzərə alınmaqla həll olunmuşdu”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib.
“Mənim fikrimcə, bu məsələ ABŞ-dan xəbərsiz həll olunmayıb. Çünki üç həmsədr ölkə olan Rusiya, ABŞ, Fransanın hələ 9 noyabr razılaşmasından əvvəl bir ay ərzində prezidentlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr səviyyəsində dəfələrlə səsləndirilmiş mövqeyi, yəni qan tökülməsini dərhal dayandıraraq atəşkəsə nəzarət mexanizmini yaratmaq istiqamətindəki mövqeləri siyasi cəhətdən, psixoloji cəhətdən öz təsirini göstərirdi”, - XİN başçısı vurğulayıb.
ABŞ və Fransanın da region ölkələrində nüfuz sahibi olduqlarını vurğulayan rusiyalı nazir bu iki ölkə nümayəndələrində Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı təmaslar zamanı müəyyən küskünlük sezildiyini deyib. O, bunu “kədərli” hal kimi qiymətləndirib.