Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini "tavana" qaldırdı
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
İclasda uçot dərəcəsi 4,75 faiz bəndi artırılaraq 10,25%-dən 15%-ə çatdırılıb. Bu iqtisadiyyatda tavan faizi hesab edilir. Bu addımdan dərhal sonra Dollar/TL, 7,50-yə qədər, Avro/TL isə 8,90 lirəyə gerilədi.
Qeyd edək ki, qərardan əvvəl Dollar/TL 7,69-un üzərində idi, avro/TL isə 9,10 səviyyəsində idi.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75%-dən 8,25%-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8,25%-dən 10,25-ə qaldırılıb.