Axtar

Məcburi köçkünlər üçün ev tikilir

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Akkord General Construction” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 13 №-li yaşayış binasının tikintisi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 3 228 884 manatdır.

Qeyd edək ki, “Akkord General Construction” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Bağır Məmmədovdur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33