Elm və Texnologiya

“Facebook”da yenilik – “Anonim paylaşımlar”

“Facebook” şəbəkəsinə “anonim paylaşım” funksiyası əlavə edilib.

ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, bundan sonra “Facebook”da ad və soyadını görsətmədən paylaşım etmək mümkün olacaq. Qeyd edək ki, bu yenilik yalnız “Facebook Group” üçün əlçatandır.

Əlbəttə ki, moderatorlar və “Facebook”un özü paylaşımın kim tərəfindən edildiyini görəcəklər. Lakin buna baxmayaraq, qrupun digər üzvləri və “qonaqları” üçün bu məlumat gizli qalacaq.

“Anonim paylaşım” funksiyasını aktivləşdirmək üçün “Facebook Group”a daxil olmalısınız. Ayarlar bölməsində “Anonim paylaşımlar”ı seçirsiniz və yeni maraqlı funksiyalardan zövq alırsınız.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)