Pomidor ixracından ölkəyə daxil olan valyuta artır
2020-ci ilin 10 ayı ərzində Azərbaycandan 173 milyon 82 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilib.
ENA.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 10 ayı ilə müqayisədə 2020-ci ilin 10 ayında pomidor ixracı dəyər ifadəsi ilə 17,2%, miqdar ifadəsi ilə 14,8 % artıb. Xatırladaq ki, 2019-cu ilin 10 ayında Azərbaycandan 147 milyon 607 min dollar dəyərində 139 min 576 ton pomidor ixrac edilmişdi.
Pomidor ixracının böyük hissəsi yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
2020-ci ilin oktyabr ayında Azərbaycandan 5 milyon 216 min dollarlıq 5 min 289 ton pomidor ixrac edilib.
Qeyd edək ki, Avqustda xaricə cəmi 493 min dollar dəyərində 591 ton, Sentyabr ayında isə cəmi 763 min dollar dəyərində 861 ton pomidor ixrac edlmişdi.
2019-cu ilin 12 ayı ərzində Azərbaycandan 174 min 548 ton pomidor ixrac edilərək 189 milyon 292 min dollar valyuta gəliri əldə edilmişdi. Azərbaycandan ən çox pomidor Rusiyaya göndərilir.