Türkiyədə Universitet Qarabağ döyüşlərində şəhid olanların ailələrinə ödənişsiz təhsil və təqaüd verəcək
Şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülkü şəxslərin yaxınları olan 20 tələbə Türkiyənin Nişantaşı Universitetində pulsuz təhsil alacaq.
ENA.az xəbər verir ki, bu barədə Türkiyənin Nişantaşı Universitetinin rektor köməkçisi Sibel Baykut bildirib.
Belə ki, II Qarabağ döyüşü zamanı şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülkü şəxslərin yaxınları olan 20 tələbəyə təqaüd veriləcək və onlar Nişantaşı Universitetində tam pulsuz təhsil alacaqlar.
Bununla bağlı artıq ilkin işləmlərə başlanılıb.