Bank

Depozit hərracının nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən ENA.az-a verilən məlumata görə, noyabrın 16-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 758,3 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB banklardan 200 mln. manat vəsait cəlb edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department