Birja

İllik gəlirliliyi 14,5% olan istiqraz buraxılır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.

"BI" xəbər verir ki, bu barədə Palata yanında Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.

Emissiya prospektinə əsasən, BOKT dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqraz buraxacaq.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14,5%-dir.

Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)