Vakansiyalar

Yelo Bank işçi axtarır - VAKANSİYA

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Filial Müdiri” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Filial müdiri” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.

Filial müdiri

Vəzifə öhdəlikləri:

- Filialın cari fəaliyyətinə birbaşa rəhbərlik;
- Filialın müştərilərlə qarşılıqlı münasibətlərinin təşkili və idarə edilməsi;
- Filialda icra olunan proseslərin AR MB normativ sənədlərinə və Bankın daxili qayda və prosedurlarına uyğun icrasının təmini;
- Müştərilərlə imzalanan müxtəlif növ sövdələşmələrin, müqavilələrin müəyyən edilmiş səlahiyyətləri çərçivəsində və ona verilmiş etibranamələr əsasında imzalanması;
- Bankdaxili qayda və prosedurlarla müəyyən edilmiş proseslərdə nəzarət funksiyası;
- Filialın açılması, günün sonunda filial əməliyyatlarının yekunlaşdırılmasına nəzarət və filialın bağlanması;
- Fiial kassasının açılması və bağlanması prosesində qanunvericiliklə müəyyən olunmuş qaydada iştirak;
- Filial gəlirlərinin artmasına dəstək, satış səviyyəsinin artırılması üçün müvafiq şəraitin təmin edilməsi;
- Filial üzrə inzibati məsələlərin həllinin Bankın daxili struktur bölmələri ilə koordinasiyası;
- Filialın müəyyən eidlmiş hədəflərə nail olmasının təmin edilməsi, işçilərin və işçi qruplarının hədəflərə nail olmasına dəstək;
- İşçilərin inkişafı istiqamətində işlərin aparılması;
- İşçilərin əsas fəaliyyət göstəricilərinin (ƏFG) təyin olunması prosesində iştirak və nəticələrin monitorinqi;
- İşçilərə tapşırıqların verilməsi və icrasına nəzarət, filial dsaxilində iş bölgüsünün aparılması;
- İşçilərin daxili nizam-intizam qaydalarına və etik davranış normalarına, eləcə də aidiyyəti üzrə daxili və xarici normativ sənədlərin tələblərinə riayət etməsinə nəzarət;
- Bankın müxtəlif tədbirləri, təşkil olunmuş görüşlər və digər əlaqəli mənbəələr vasitəsilə alınmış müvafiq məlumatların filialdaxili kommunikasiyası;
- İşçilərin motivasiyası ilə bağlı təkliflərin verilməsi və icrası prosesində iştirak;

- Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası;
- Komanda üzvü olmaq və xidmət keyfiyyətini artıma məqsədi ilə filialın əməkdaşlarına dəstək, komandadaxili müsbət abu-havanın və şəffaflığın təmini;
- Struktur bölmənin / Bankın xidmət keyfiyyətinin və bilik səviyyəsinin artırılması, qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə təşkil olunan tədbirlərdə iştirak;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
- Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
- Filialın funksiyalarına daxil olan digər işlərin görülməsi.

Tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Bank sahəsində 3 ildən artıq təcrübə;
- Ali təhsil;
- MS Office proqramları istifadə etmək bacarığı;
- Azərbaycan dili və Rus dilini səlis bilmək, İngilis dili arzuolunandır;
- Komandanı idarə etmək bacarığı, liderlik, motivasiya etmək bacarığı;
- Risklərin dəyərləndirilməsi bacarığı, qərar qəbul etmə bacarığı, problem həll etmə bacarığı;
- Münaqişələrin idarə olunması bacarığı;
- Analitik düşüncə, detallara diqqət;
- Stress altında işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Vaxtın səmərəli planlaşdırılması;
- Kritik düşüncə;
- Xidmət yönümlülük;
- Düzgünlük;
- Kreativlik və təşəbbüskarlıq, çeviklik və operativlik, məqsədyönümlülük.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department