PAŞA Sığorta işçi axtarır - VAKANSİYA
“PAŞA Sığorta” ASC namizədləri “Korporativ sığorta üzrə mütəxəssis”vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə Korporativ sığorta üzrə Koordinatorun tapşırdığı sığorta növləri üzrə məhsulların və xidmətlərin inkişafı üzərində işlənilməsi;
• Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması;
• Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya servisinin təqdim edilməsi;
• Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatları yığaraq Anderraytinq şöbəsinə təqdim olunması;
• Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi;
• Sığorta müqaviləsini vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması;
• Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarını müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi, eləcədə birbaşa tabe olduğu menecerin rəhbərliyi altında sığorta haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi;
• Potensial müştərilərlə aparılan görüş və danışıqları, göndərilən/təqdim olunan təklifləri, sığorta şərtlərini, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi;
• Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR
• Biznes və ya marketinq sahəsində ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq və yazmaq;
• Microsoft office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri.
TƏCRÜBƏ
• Satış-biznesi sahəsində, o cümlədən sığorta sahəsində 2 il iş təcrübəsi olması.
BACARIQLAR
• Təşəbbüskarlıq;
• Ünsiyyətqurmaq bacarığı;
• Çalışqan;
• Öhdəliklərinə məsuliyyətli olmaq;
• Dəqiqlik;
• Fikirlərinin aydın izahı;
• İşgüzar məktubların yüksək səviyyədə tərtib etmə;
• Yaranmış vəziyyətlərə çevik reaksiya vermə;
• Problemli vəziyyəti həll etmək;
• Komandada işləmək;
• Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları.
Son müraciət tarixi: 30 Noyabr 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.