Azərbaycanda 10 bankın nizamnamə kapitalı artıb
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun nizamnamə kapitalı illik müqayisədə artıb.
"BI" xəbər verir ki, bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank Respublika", "Bank BTB", "Yapı Kredi Bank Azərbaycan", "Rabitəbank", "Muğan Bank", "Kapital Bank", "Unibank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (1,2%) qeydə alınıb.
Qalan 20 bankın isə nizamnamə kapitalı dəyişməyib.