Sosial iqtisadiyyat

İstehlak bazarında qiymətlərin dəyişməsi - CƏDVƏL

2020-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar- oktyabr aylarına nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.

Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 102,3 faiz təşkil edib.

     İstehlak qiymətləri indeksi, faizlə

 

2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,4 faiz olub.

 

2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi, qruplar səviyyəsində, əvvəlki aya nisbətən, faizlə

 

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, ucuzlaşma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 101,4 faiz olub.

2020-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 100,3 faiz təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)