Türkiyədə 12 aylıq cari kəsir 27,5 milyarda yüksəldi
Qarabağda gedən hərbi əməliyyatlar dönəmində Türkiyənin iqtisadi göstəricilərində həssas məqamlar baş verdi. Ötən bir neçə gündə isə lirənin məzənnəsində bir möhkəmlənmə diqqət çəkir. Hazırda 1 Avro 9,6 lirədir.
Türkiyə Mərkəzi Bankının sentyabr ayı üçün açıqladığı Ödəniş Balansı da müəyyən qədər ciddi siqnallar yaradır. Açıqlamalara görə, cari hesab balansı sentyabr ayında 2.36 milyard dollar kəsirlə icra olunub. Nəticədə on iki aylıq cari açıq 27 milyard 539 milyon dollar oldu.
"Ödəniş balansının müəyyən edilmiş xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına nisbətən 3.044 milyon ABŞ dolları artaraq 3.709 milyon ABŞ dollarına yüksəldi və xidmətlər balansı əvvəlki ilin eyni ayına görə 2.869 milyon ABŞ dollar azalaraq 1.692 milyon ABŞ dollarına düşdü", deyə məlumatda bildirilir.