“Synergy Group”un şirkətində rəhbər dəyişikliyi və kapital artımı olub
“Synergy Group” MMC-yə daxil olan “Bestpack” MMC-nin direktoru Murad Mirzəyev vəzifəsindən azad edilib.
“ENA” xəbər verir ki, şirkətə rəhbərlik Orxan Quliyevə həvalə olunub.
Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı 10 manat və yaxud 4,55% artırılaraq 220 manatdan 230 manata çatdırılıb.
Xatırladaq ki, “Bestpack” 20017-ci ildə yaradılıb, poliqrafiya və qablaşdırma sahəsində fəaliyyət göstərir.