ABŞ şirkəti Azərbaycan bazarını tərk edir

ABŞ-ın “T.D.Williamson" şirkətinin Azəraycandakı törəməsi ləğv olunduğunu elan edib.
“ENA” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.