Neft kəskin ucuzlaşdı - SON QİYMƏT
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,62 dollar və ya 3,06% azalaraq 51,27 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,27 dollar və ya 3,20% azalaraq 59,59 dollar təşkil edib.

















